Sonsuluğun Müalicəsi - Vaginizm müalicəsi Cərrah Mama-Ginekoloq Dr. Ülviyyə Qüdrətova
<language>az</language>
Bitişmələr sonsuzluğun səbəbi
<description><![CDATA[Bəzən sonsuzluğun müalicəsinə görə həkimə müraciət edən cütlükdə heç bir ciddi patologiya aşkar olunmur. Bir çox hallarda bunun səbəbi qadının kiçik çanağında olan bitişmələr olur (insanlar arasında "spayka" kimi tanınır).
Hal hazırda ginekologiyada bitişmə xəstəliyinə çox tez-tez təsadüf edilir. Bitişmə xəstliyi zamanı nə baş verir? Müxtəlif səbəblərə görə (infeksiya, travma, əməliyyat və s.) uşaqlıq borularının ətrafında birləşdirici toxuma əmələ gəlir, uşaqlıq boruları uşaqlığa, yumurtalığa, çanağın divarlarına bitişir ki, bu uşaqlıq borularının hərəkətliliyini pozur. Uşaqlıq borularının normal hərəkətliliyi hamiləliyin baş tutması üçün çox vacibdir. Bitişmələrin səbəbləri:
- kiçik çanaq orqanlarının iltihabları. Buna uşaqlıq, yumurtalıqlar və periton qatının (qarın boşluğu divarlarını və üzvlərini örtən seroz qişa) iltihabları aiddir. - qarın boşluğu orqanların iltihabı (məsələn, appendisit). Bir çox hallarda məhz keçirilmiş appendisit qadınlarda kiçik çanaqda bitişmələrə səbəb olur.
- travmalar, cərrahi əməliyyatlar. Uşaqlıqdan kənar hamiləlik, yumurtalığın yırtılması (apopleksiya), qadın cinsiyyət orqanlarında aparılan müxtəlif əməliyyatlar, peritonun travmaları nəticəsində kiçik çanaqda bitişmələr əmələ gələ bilər.
- endometrioz xəstəliyi zamanı normada yalnız uşaqlığın daxilində olan toxuma (endometrium) uşaqlıqdanд "çıxaraq" digər yerlərə yayılır və bu da bitişmələrin əmələ gəlməsinə səbəb olur.
Diaqnozun dəqiqləşdirilməsi üçün qadın cinsi yolla keçən infeksiyalara yoxlanmalı, USM-dən, lazım olduqda MRT-dan keçməlidir. Laparoskopiya bitişmələrin diaqnostikasında ən dəqiq müayinə metodu sayılır.]]></description>
Gec yaşda hamiləlik
<description><![CDATA[Qadınların karyera arzusu ailə, körpə planlarının daha irəli yaşlara təxirə düşməsində mühüm rol oynayır. Buna görə 30 yaş və sonrası yaşanan hamiləliklərin düzgün dəyərləndirilməsi, müntəzəm yoxlanışlar ana və körpə sağlamlığı üçün vacibdir.
Hamiləlik üçün ən ideal yaş 20-30 yaş aralığıdır
35 yaşdan yuxarı hamilələrdə “irəli hamiləlik” adı ilə risklər daha çox olur. Xroniki xəstəliklər həm irəli yaş hamilələr, həm də körpələr üçün risklidir. Anada hamiləlikdən əvvəl yüksək təzyiq, ürək, şəkər xəstəliyi kimi xroniki problemlər olarsa, hamiləlikdə risk artır. Analıq yaşının müəyyən həddi var və bu hədd keçilərsə, ana və körpəni müəyyən risklər mütləq gözləyir.
Həmin risklər:
* Erkən doğuş, ya düşmə
* Doğuş pozuntuları, ya da körpənin az çəkili halda dünyaya gəlməsi
* İnkişaf geriliyi və iri körpə
* Anada hamiləliyə bağlı şəkər və yüksək təzyiq
* Ana ölümü riski, qanaxma, platentada yerləşən anomaliyalar, platenta çatışmazlığı, qeysəriyyə kəsiyi əməliyyatı.
Yaş keçmiş olsa da, sağlam körpə dünyaya gətirmək üçün davamlı həkim müayinəsinə getmək, məlumatlı olmaq, hamiləliyin planlı olması, hamiləlikdən əvvəl test müayinələrinə əməl etmək, zərərli vərdişləri tərgitmək, düzgün qidalanmaq və fitness proqramlarına başlamaq lazımdır.]]></description>